Davam”Gənclər Hərəkatında Səlim Babullaoğlu ilə görüş keçirilib

Aprelin 5-də şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində gənclərlə görüşü keçirilib. Öncə Səlim Babullaoğlu “Davam” Gənclər Hərakatının sədri Nihad Allahyarlı ilə görüşüb, hərəkatın tarixçəsi, mədəniyyət tədbirləri, indiyəqədərki fəaliyyəti ilə tanış olub, fikir mübadiləsi edib.
Sonra isə Səlim Babullaoğlu davamçı gənclərlə “Niyə şeir oxumalıyıq?” adlı mövzu ətrafında söhbət edib, bədii-poetik mətnin düzgün oxunması, milli və xairici ədəbiyyatdan çoxsaylı nümunələr gətirməklə çağdaş Azərbaycan və dünya poeziyasının məziyyətləri haqda danışıb. Səmimi və maraqlı söhbət əsnasında gənclərin bir çox sualları cavablandırılıb və onların ifasında müxtəlif şeirlər dinlənilib, şeirlər ətrafında müzakirələr açılıb.
Sonda Səlim Babullaoğlu öz şeirilərini də səsləndirib.
Müstəqil.Az
Share: