Çılpaq kişi dekabrın soyuğuna baxmadı,maşının üstünə çıxıb şəhəri gəzdi

Müstəqil.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Vaşinqtonda lüt kişi dekabr soyuğuna baxmayaraq yük maşının üstünə çıxıb şəhər küçələrində fırlanıb.
Polisdən verilən xəbərə görə kişi avtoqəzanın iştirakçısı olub. Qəzadan sonra o başqa sürücünün üstünə atılıb, dava salıb, sonra da əynindəki bütün paltarları soyunub və yanından keçən evakuator maşınının üstünə çıxıb.
Videodan da görünür ki, kişi yük avtomobilini kuzovunda oturub yumruğunu göstərir.
Sonunda polis kişini həbs edib və xəstəxanaya aparıb.  Eyni zamanda ona qarşı ittiham irəli sürülüb.

Müstəqil.Az

Share: