57 yaşlı şimpanze üçün doğum günü ziyafəti…- FOTOLAR

Hindistanın paytaxtı Dehlidəki bir zooparkda 57 yaşlı şimpanze üçün doğum günü ziyafəti təşkil olunub.
1960-cı ildə Hollandiyanın paytaxtı Amsterdamda doğulan və  Hindistana aparılan “Rita” adlı şimpanzenin 57 yaşı tamam olub.
Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, şənliyə gələn bəzi orta məktəb şagirdləri Rita üçün ad günü mahnıları oxuyublar.
 
Zooparkın müdiri Ritanın çox istiqanlı olduğunu və tam bir “ledi” kimi davrandığını deyib.

Kamran

Share: