Çexiyada universitetdə atışmada 15 nəfər ölüb, 30 nəfər yaralı var – VİDEO

Çexiyada Çarlz Universitetindəki atışmada 15 nəfər ölüb.

AFP-yə istinadən xəbər verir ki, universitetdə atışmada 15 nəfər ölüb, 30-a yaxın yaralı var.

Polisin məlumatına görə hüvcumu təşkil edən şəxs əvvəlcə yaxınlıqdakı kəndə bomba qoymaq istəyib. Bu planı baş tutmadıqda isə atasını öldürüb və ali məktəbi atəşə tutub.

Polis hadisəni törədəni zərərsizləşdirib.

***

20.15

Çexiyada universitetdəki atışmada 10 nəfər ölüb, 30-dan çox yaralı var.

“Associated Press”ə istinadən xəbər verir ki, Praqada universitetdə atışmada ilkin məlumata görə, 10 nəfər ölüb, 30-a yaxın yaralı var.

***

19.55

Çexiyada universitetdəki atışmada 10 nəfər ölüb, 20-dən çox yaralı var.

AFP-yə istinadən xəbər verir ki, Praqada universitetdə atışmada ilkin məlumata görə, ən azı 10 nəfər ölüb, 20-dən çox yaralı var.

***

19:09

Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin incəsənət fakültəsinin binasında atışma olub, ölənlər və yaralananlar var.

xəbər verir ki, bu barədə Çexiya polisinin rəsmi “X” hesabında məlumat verilib.

“Hazırda universitet binasında baş verən atışma ilə bağlı Jan Palaç meydanına müdaxilə edirik. Bütün bölmələrimiz hadisə yerinə gedir. İlkin məlumatlara əsasən, hadisə yerində ölən və yaralananların olduğunu təsdiqləyə bilərik”, – polis sosial şəbəkədə yazıb.

Polis Jan Palaç meydanındakı binanın ətrafını bağlayıb. Mərkəzdə tramvay hərəkəti məhdudlaşdırılıb, xətlər alternativ yollarla yönləndirilir.

“Denik N” xəbər saytının məlumatına görə, polis tələbələri evakuasiya edir. Daxili işlər naziri Vit Rakuşanın hadisə yerinə getdiyi bildirilir.

Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini deyib.

Share: