Cennifer Lopez Britni Spirsi dəstəklədi

Müğənni və aktrisa Cennifer Lopez səhnə həmkarı Britni Spirsə keçmiş həyat yoldaşı Kevin Federlaynla münaqişədə dəstək olub.

Federlayn bildirib ki, onların oğulları 16 yaşlı Şon və 15 yaşlı Ceyden ifaçının “Instagram”ındakı paylaşımlara görə müğənni ilə ünsiyyət qurmaq istəmirlər.

Belə ki, Britni Spirs sosail şəbəkələrdə bir neçə obrazı özündə əks etdirən qeyri-standart görüntülər yayımlayıb. O, hər kəsin özünü istədiyi kimi ifadə etməkdə azad olduğunu bildirib.

Cennifer Lopez həmin paylaşımın altına ürək emojisi qoyub. Bundan əlavə, Lopez şəxsi bloqunda Spirslə 2001-ci ildə MTV Video Musiqi Mükafatlarında çəkilmiş şəklini yerləşdirib və “Güclü qalın” yazaraq paylaşıb.

Mənbə: gazeta.ru

Share: