Çempionlar Liqasının ən yaxşısı seçildi

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Bernardo Silva seçilib

“Qafqazinfo” xəbər verir ki, o, UEFA-nın azarkeşlər arasında keçirilən səsverməsində birinci olub.

Futbolçu turnirin yarımfinal mərhələsinin “Mançester Siti” və “Real” arasında İngiltərədə keçirilən cavab görüşündə yaddaqalan oyun nümayiş etdirib.  

Qeyd edək ki, B. Silva “Real”a 4:0 hesabı ilə qalib gəldikləri görüşdə dublla yadda qalmışdı. 


Share: