Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli oldu

Bu mövsüm Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub.

“Darmştadt” klubu sona bir tur qalmış elitaya vəsiqəni təmin edib.

Komanda buna 33-cü turda evdə “Maqdeburq”a 1:0 hesabı ilə qalib gələrək nail olub. Yeganə qolu 36-cı dəqiqədə Fillip Tits vurub.

Bu qələbə ilə xallarını 67-yə çatdıran Darmştadt təmsilçisinin ilk iki pillədən birini tutacağı dəqiqləşib.

Qeyd edək ki, bu, “Darmştadt”ın Bundesliqaya 4-cü qayıdışıdır. Komanda sonuncu dəfə 2014/2015 mövsümündə yüksək dəstəyə çıxıb. 2018-ci ildə isə elitanı tərk edib.

Share: