Cənubi Koreyada it ətinin yeyilməsi qadağan ediləcək

Hakim Vətəndaş Gücü Partiyasından olan deputatlar it ətinin istehlakının tam qadağan olunması üçün müxalifətin təşəbbüsünə qoşulublar.

Məsələ bu il parlamentdə müzakirə olunacaq. Müvafiq qanunun parlamentin dekabrın 9-da başa çatacaq sonuncu iclasında qəbul edilməsi planlaşdırılır.

Cənubi Koreyanın birinci xanımı Kim Keon Hi də bu təcrübəyə son qoyulmasını müdafiə edir.

Qeyd edək ki, Cənubi Koreya it ətindən istifadənin qorunub saxlandığı azsaylı ölkələrdən biridir. Son zamanlar ölkədə it ətinin istehlakı kəskin şəkildə azalıb. Ölkənin müəyyən bölgələrində bu heyvanın ətinin yeyilməsi qadağan edilib.

Mənbə: octagon.media

Share: