Bayden Mərkəzi Asiya liderləri ilə bunları müzakirə edəcək

ABŞ Prezidenti Cozef Baydenin Mərkəzi Asiyadan olan həmkarları ilə görüşü gözlənilir.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O bildirib ki, görüş pozitiv istiqamətdə olacaq və hər hansı bir ölkəyə qarşı keçirilməsi nəzərdə tutulmayıb. Burada daha çox birgə iş sahələrini müəyyənləşdirən bəyanatın qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, gələn həftə Nyu-Yorkda ABŞ, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentlərinin iştirakı ilə tarixdə ilk dəfə C5+1 sammiti keçiriləcək.


Share: