Cəlilabadda beş otaqlı ev yanıb

Cəlilabadda beş otaqlı ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Cəlilabad rayonunun Komanlı kəndində ümumi sahəsi 78 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: