Bu soyqırımın qarşısını Putin aldı – Kirill

Rusiya Suriyada xristianların soyqırımının qarşısını aldı.

Müstəqil.Az Axar.az-a istinad edərək  xəbər verir ki, bunu “Rossiya” televiziyasına müsahibəsində Moskva və bütün Rusiyanın patriarxı Kirill söyləyib.

Onun sözlərinə görə, hazırda dünya qarşısında duran vəzifə dağıdılan dini abidələrin bərpa edilməsidir:

“2013-cü ildə pravoslav kilsələrinin rəhbərləri Vladimir Putinlə görüşdülər. O zaman əsas istəklərdən biri Rusiyanın Yaxın Şərqdəki müsəlmanların müdafiəsində iştirakı idi. Mən sevinirəm ki, bu baş verdi. Rusiya sayəsində xristianların soyqırımının qarşısı alındı”.

Müstəqil.Az

Share: