Bu gün mərhum xalq şairimiz Zəlimxan Yaqubun doğum günüdür.

Bu gün mərhum xalq şairimiz Zəlimxan Yaqubun doğum günüdür. Z.Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 2016-cı il yanvarın 6-da 65 yaşında dünyasını dəyişib.
Xalq şairinin oğlu Bəhlul Yaqubov Moderator.az-a açıqlamasında atasının doğum günü ilə bağlı xatirələrini bölüşüb:
“Ümumiyyətlə, Zəlimxan müəllim doğum günü məsələsinə o qədər ciddi fikir verən adam deyildi. Doğum günlərini həmişə sadə keçirərdi. Səhhətində problem yaranana kimi dostları ilə qeyd edirdi. Bu gün doğum günü ilə bağlı məzarını ziyarət edəcəyik. Gələn il 70 illiyidir və düşünürük ki, onu təntənəli şəkildə qeyd edək”.
Müstəqil.Az
Share: