AZƏRTAC ispan dilində yayıma başladı

Azərbaycan Dövlət İnformasiya Agentliyi yanvarın 21-dən ispan dilində xəbər yayımına başlayıb.

Müstəqil.az xəbər verir ki, indiyədək agentlik 7 dildə – Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində xəbərlər yayırdı. İspan dilinin əlavə olunması ilə agentliyin informasiya yayımını həyata keçirdiyi dillərin sayı 8-ə çatıb. Bu dildə buraxılan xəbərlər AZƏRTAC saytının ispan dili versiyasında dərc olunur.

İspan dili ingilis və Çin dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılma coğrafiyası əsasən Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir. Bu baxımdan AZƏRTAC-ın ispan dilində xəbər yayması dövlətin rəsmi tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq və regional layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ispandilli ölkələrdə erməni lobbisinin antiazərbaycan təbliğatına qarşı informasiya mübarizəsinin aparılması istiqamətində böyük fayda verəcək.(publika)

Müstəqil.Az

Share: