Bu bölgədə hamilələrin 47 faizi TƏHLÜKƏDƏDİR – Baş həkim

Hər il Quba Regional Perinatal Mərkəzində 3000-dən artıq doğuş qəbul olunur. Daxil olan hamilələrin 47%-i risk qrupuna aiddir.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, bu sözləri Quba Regional Perinatal Mərkəzin baş həkimi Şəhla Həsənova deyib.

Onun sözlərinə görə, risk qrupuna daxil olanlardan 8%-ni ağır preeklampsiyası, 31%-ni orta və ağır dərəcəli anemiyası, 8%-ni xroniki venoz çatmamazlığı olan hamilələr təşkil edib.

“Quba Regional Perinatal Mərkəzində son illər ərzində mütəmadi aparılan metodiki işlər nəticəsində Şimal regionunun hər bir bölgəsində antenatal nəzarət daha da gücləndirilib. Mərkəz yeni avadanlıqla təmin olunduqdan sonra göstərilən xidmətin keyfiyyəti daha da yaxşılaşıb. Əvvəlki illərlə müqayisədə 2017-ci il ərzində ağır qanaxmaların sayı sıfıra enib. Ətraf rayonlardan çox kritik vəziyyətdə daxil olan 8 preeklampsiyalı hamilədən, 8–nində uşağının və özünün həyatı xilas edilib”.

Baş həkim bildirib ki, Quba Regional Perinatal Mərkəzinə ətraf rayonlardan köçürülən yenidoğulmuşların sayı 3 dəfə artmaqla, 110 uşaq təşkil edib Ümumi 80 vaxtından əvvəl doğulmuş uşağa dövlət təminatlı Kurosurf preparatı yeridilib.

Share: