Britaniya muzeyindən oğurladığı eksponatları “eBay”da satırmış

Britaniya Muzeyinin anbarlarından oğurlanmış və itmiş eksponatlardan bəzilərinin “eBay” onlayn alış-veriş saytında satışa çıxarıldığı məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, itmiş, oğurlanmış və zədələnmiş əsərlərə görə məsuliyyət daşıyan kurator Piter Hiqqs muzeydən uzaqlaşdırılıb.

O da işdən çıxarıldığına görə müxtəlif heykəlləri, artefaktları oğurlayaraq onlayn platformada satmağa başlayıb.

Hazırda 30 ilə yaxındır ki, muzeydə çalışan Hiqqsin barəsində araşdırma aparılır.


Share: