Adlı-sanlı dənizçilərdən dərs almışam, görüb, götürmüşəm.    

Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ilə birgə “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı XDND-nin balansında olan “Şamaxı” gəmisi kapitanının böyük köməkçisi Mustafa Qarayevdir

Mustafa bəy, Sizinlə “Dənizçi həyatı” lahiyəsində həmsöhbət oluruq. Həyatınızın önəmi və çox hissəsi dənizlə, dənizçiliklə bağlı olub. Bilirik ki, dənizçinin spesifik yaşam tərzi var. Sizin baxışlarınızda bu həyat necə görünür və özəllikləri haqda nə deyərdiz?

– Hər kəsə yaxşı məlumdur ki, dənizçilik peşəsi çox qədım və şərəfli peşələrdən biridir. Bu peşəni yalnız dözümlü, möhkəm xarakteri olan insanlar sona qədər gedə bilir.

– Goranboyda doğulmusuz, burada orta məlktəbə getmisiz. Sonra Bakı həyatı, tələbəlik illəri. Oxucularla sizi daha yaxından tanış etmək istəyirəm. Özünüz haqda bir qədər də məlumat verəsəniz yaxşı olar.

– Bəli, Goranboyda anadan olmuşam, burada kənd orta məktəbini bitirmişəm. 1981-ci ildə orta məktəbi bitiridikdən sonra Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin “Gəmi sürücüsü” fakultəsinə qəbul olmuşam. 1984-cü ildə həmən məktəbi qırmızı diplomla bitirimişəm. 1985-ci ıldı dənizçı kimi DND-da işləməyə başlamışam. Hal hazırda XDND 0də işləyirəm.

Bir 2 nəfər şəkili ola bilər

– Bəs sizdə  dənizə maraq haradan və necə yarandı? Bu bir təsadüf idi, yoxsa eləorta  məktəb illərindən bu peşənin xəyalını etdiniz?

– Bu peşəyə gəlməyim nə təsadüf, nə də ki xəyal olmayıb. Tarix-Coğrafiya dərslərinə olan maraq belə bir addım atmağıma səbəb oldu. Oxuduqlarımı gözlə görmək arzusu ilə dənizçi peşəsinə yiyələndim. Dənizçi olduqdan sonra kitablardan öyrəndiklərimi gözlərimlə gördüm, bilmədiklərimi öyrəndim. Peşman da deyiləm.

– Bəzən yaşlı, təcrübəli dənizçilərimizlə həmsöhbət oluram, onların həyat tərzini, dənizçi həyatını gənc dənizçilərə çatdırıram. Sizin dənizçilik həyatınızdan gənclərə nələri örnək olaraq göstərmək olar?

– Bu peşəni özüm seçmişəm, inadım və sevgim dənizi mənimlə doğmalaşdıra bilib. Pis vərdişlərdən uzaq durmuşam. Sağlam həyat yaşamağa üstünlük vermişəm. Gənclərə də bunu tövsiyyə edirəm.

– Dənizdən baş çıxarmaq, karyera qurmaq, müxtəlif dövrlərdə və şəraitdə, dünyanın 40 yaxın ölkəsində olmaq, işləmək çətin olmadı ki?

– Sözssüz məsuliyyətli və çox çətin peşədir. İşlədiyim dövürdə bir neçə sistemdə dəyişiklik baş verdi. SSSR bayrağından müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağına keçid oldu. Müstəqilliyimiz mənə gözəl duyğular yaşatdı. Dənizçilik peşəsinə daha çox bağlandım. Çünki başımın üzərində üç rəngli doğma bayrağım dalğalanırdı. Mən özümü daha çox qürurlu hiss etdim.

– Uzun müddət DND-də işləmisiz.  Hazırda XDND-dəsiz. Fərq varmı?

Uzun müddət DND-nin gəmilərində işləmişəm, doğrudur. Müxtəlif dənizlərdə, okenalarda üzmüşəm. 2016-cı ildən XDND-nin gəmilərində çalışıram. Hərəsinin öz çətinliyi var. Həyatda heç nə asanlıqla əldə olunmur.

 

– Gənc nəslə əsas nələrə sahib çıxmağa, hansı keyfiyyətləri mənimsəməyi məsləhət görərdiz?

–  Gənclərə məsləhətim budur ki, daima öz üzərlərində işləsinlər. Kitab biliyi gözəldir. Gəmidə yaxşı işləmək üçün yaxşı təcrübəyə yiyələnsinlər. Yaşlı dənizçilərin təcrübəsindən bəhrələnə bilsinlər.

-Keçmiş dənizçilərimizin həyatından bəhs edən müxtəlif hekayətlər, lətifələr, macəra dolu xatirələr danışılır.  Daha şox hansı söhbətlər dənizçi həyatına rəng qatır? 

– Söhbətlər sonsuzdur. Danışdıqca bitməz. Müxtəlif limanlarda rastlaşdığın hadisələrdən şəxsi həyatında baş verən hadisələrə qədər mənim həyatımın ən maraqlı səhifələridir. Hər kəsin öz səhifəsi, öz yaşamı var, bunlar da mənə aiddir. Sözssüz ki, dənizçi həyatının həm də ən maraqlı anları qeyri-adi hadisələrlə bağlı olmalarıdır ki, bu da az olmayıb.

-Haqqında eşitdiyiniz, lakin heç görmədiyiniz, yaxud da müasiri olduğunuz  dənizçilərdən, onların həyatından, keçdiyi həyat yolundan, macəra dolu həyatlarından nələri daha çox yadınızda saxlamısız? Gənc dənizçi nəslinə nələri tövsiyyə etmək olar?

– El arasında “Kaspar” kimi tanınmış gəmiçiliyin dənizçilər ailəsində işə başlamışam. Adlı-sanlı dənizçilərdən dərs almışam, görüb, götürmüşəm. Onların tövsiyələrinə qulaq asmışam. Azərbaycanda məşur dənizçilər ailəsi az olmayıb. Onların çoxuyla təmasda olmuşam. İlk tanış olub çox şey öyrəndiyim dənizçi “Cambul Cabayev” gəmisində Nəzərov Emın olub. O, sonralar məhşur kapitanlarımızdan biri oldu. Hal-hazırda Baş idarədə sədrin birici müavini vəzifəsində çalışır.

– Çox güman ki, sizin özünün də yaşadığınız maraqlı dənizçi həyatı, macəra dolu anlar az olmayıb. Zaman keçdikdən sonra yaddaşlarda hansılar daha çox qalıb?

Saysız hesabsız macəralarömız olub. Bəhs etmək, danışmaq… bütün bunun üçün hansısa məqama ehtiyac duyulur. Kütləvi insan əməyi nəticəsində yaranmış su kanallarından keçmək heç vaxt unudulmayan xatirələrim sırasında önəmli yer tutur. Məsələn: Volqa -Don, Volqa- Balt, Belemor, Kil, Süveyş kanalı və s. Kerç, Bosfor, Messina ,Cəbbəltaruk boğazı və s. Hər dənizin bir xüsüsiyəti var. Bir yanda delfin sürüsü ilə rastlaşmaq, başqa bir tərəfdə vahiməli dalğalarla mübarizə aparmaq.

 – Bu gün Azərbaycanda gəmiçiliyi yeni mərhələyə qədəm qoyur, desək yanılmarıq. Bu xüsusda sizin təcrübəniz nə deyir, daha nələri inkişaf etdirmək olar?

– İlk insanlar yaranan gündən bu günə qədər dənizçilikdə hər an yeniliklər olub, təkmilləşib, yeni-yeni ixtiralar, kəşf olunmalar olub. Bu tələblərdən geri qalmaq olmaz. Çalışıb müasir tələblərlə ayaqlaşmalıyıq. Əks təqdirdə bu sahəni itirə bilərik. Yeni dənizçilərə çıxdıqları bu şərəfli yolda uğurlar arzulayıram. Onlara uğurlarınız bol, yolunuz açıq olsun, deyirəm.

Söhbətləşdi: Faiq Balabəyli

Share: