Böyrəklərin xəstə olduğunu göstərən 5 əlamət

Böyrəklər orqanizmin səssiz, sakit mühafizəçiləridir, yuxusuz və istirahətsiz işləyir, artıq mayeni orqanizmdən çıxarır. Bu orqanın digər həyati vacib rolu var: duz və kaliumu tənzimləyir, D vitamini sintez edir, təzyiqi nəzarətdə saxlayır. Və bir gün mütləq bu cüt orqan yüklənir, zəifləyir və ağrımağa başlayır.
Böyrəklərinizin xəstələndiyini göstərən əlamətlər bunlardır.
1.Sidik ifrazında pozulmalar
Sağlam adam gün ərzində 3-4 dəfə, gecə isə 1 dəfə sidiyə gedir. Sidik miqdarı isə 700-2000 ml arasında olmalıdır. Böyrəklərin dizuriya adlı pozuntusunda – sidik ifrazı miqdarı və vaxtı pozulur: ya azalır, ya da çoxalır. Sutka ərzində 2,5 litrdən artıq sidik ifrazı SOS siqnalı verir. BU zaman sidiyin rəngi çox ağarır, sanki çoxlu su qatılmış kimi.
Sistit adlı xəstəlik isə tez-tez, qısa-qısa və ağrılı sidiyə getməkdir. Hiperplaziya xəstələri əsasən kişilər gecəyarı tualetə tez-tez gedir.
Böyrəyində daş olanlar isə əksinə gecə rahat yatır, gündüzlər tualetə tez-tez qaçır.
2.Beldə ağrı
Beldə ağrılar çox zaman xəstəni və həkimi çaşdırır. Böyrək ağrısı aşağı yox, beldən, çanaqdan xeyli yuxarı, qabırğa altına vurur. Ağrı – uzun, kəsici, küt ola bilər. Böyrək iltihabında ağrı gecə-gündüz hiss olunur, daş olduqda isə hərəkət çətin olur, bu ağrıya dözmək qeyri-mümkündür. Bəzən ağrı birtərəfli olur. Böyrək ağrısını yalnız terapevt və USM müayinə dəqiq təyin edə bilər.
3.ŞİŞKİNLİK
Çox zaman şişkinlik artıq kəskin və xroniki böyrək çatışmazlığında baş verir. İş bundadır ki, böyrək fizioloji olaraq qanın tərkibinə cavabdeh orqandır. Böyrəklərin işində pozğunluq qanın dəyişməsinə səbəb olur ki, bu da müxtəlif şişkinliklərə səbəb olur. Şişkinlik toxumalarda mayenin toplanması və qatılaşmasıdır.
4.SİDİKDƏ QAN
Sidikdə qan izi heç də həmişə çox ağır xəstəliyə işarə deyil. Bəzən körpələrdə sidikdə urat kristalları olur ki, valideynlər bunu qana bənzədib, qorxuya düşürlər. Lakin bu sadə fizioloji haldır. Əksər hallarda böyrək və sidik axarında daş hərəkət etdikdə toxumanı cızdığından sidikdə qan izi görünə bilər. Bəzən çox ağır fiziki işdən, ağır yük qaldırdıqdan sonra da sidikdə qırmızı izlər görünə bilər.
Əgər sidik sisteminə infeksiya, bakteriya düşərsə, xoş və bədxasəlli şişlər olarsa onda sidikdə qan daha çox, daha mütəmadi görünə bilər. Burda artıq ciddi həkim müdaxiləsi və müalicə lazımdır. İnfeksiya antibiotiklə müalicə edilir, şişlər isə orqanla birgə əməliyyatla çıxarılır.
5.Qanın toksinləşməsi
Əgər böyrəklərdə nasazlıq varsa, deməli öz rolunu 100% yerinə yetirmir. Bu zaman isə qanın toksinləşməsi baş verir. İntoksikasıya ümumi bədənə və orqanizmə zərər vurur. Əsas əlamətlər bunlardır:
-Ümumi zəiflik, iştahanın olmaması
-Dəridə qaşınma, səpki, qabıqlanma, qıcıqlanma
-Apatiya, qıcıq, pis əhval
-Baş ağrıları
-Yuxusuzluq
-Diqqət, yaddaş pozğunluğu
-İmmunitet zəifliyi

Share: