“Boş əraziləri qəbiristanlıq kimi istifadə etmək olar”

“Bakı və Bakıətrafı qəsəbələrdə qəbiristanlıqlar çatışmır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Eldar Quliyev Milli Məclisin iclasında çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, ağsaqqallar ona müraciət edərək Bakı və Bakıətraflı qəsəbələrdə qəbiristanlıqların çatışmadığını deyirlər: “Xəzər və Sabunçu rayonlarında bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Bu qəsəbələrin özündə boş ərazilər var ki, onları qəbiristanlıq kimi istifadə etmək olar”.

Eldar Tanrıverdi


Share: