Bakıda Braziliya Klassik Musiqi Festivalı keçiriləcək

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Braziliya klassik musiqi festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, Braziliya Respublikasının 200 illiyinə həsr olunmuş konsertdə Azərbaycan Dövlət Simli Kvarteti xüsusi proqramla çıxış edəcək.

Tədbir 23 noyabr tarixində saat 19:00-da Akademik Filarmoniyada baş tutacaq. Biletlər noyabrın 18-dən sonra İticket.az saytında satışa çıxarılacaq.

Share: