Bolqarıstan Rusiya qazının tranziti üçün vergini ləğv edib

Bolqarıstan parlamenti Macarıstanın ölkənin Avropanın Şengen zonasına daxil olmaq ərizəsinə veto qoyacağı ilə hədələməsindən sonra Rusiya qazının öz ərazisindən tranziti üçün vergini ləğv edib.

xəbər verir ki, bu barədə News BG məlumat yayıb.

Beləliklə, Milli Assambleya ölkənin Şengen üzvlüyünə olan maneəni aradan qaldırıb.

Söhbət Macarıstan və Serbiyaya gedən “Türk axını” kəmərindən gələn Rusiya qazının meqavat saatına görə 20 lev (təxminən 11 ABŞ dolları) verginin ləğvindən gedir.

Share: