Ağdaş sakinləri tüfəngləri polisə təhvil veriblər

Qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan -ya verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Share: