BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı avstriyalı Türk oldu

Avstriyalı vəkil Volker Türk BMT-nin İnsan Haqları üzrə Ali Komissarı olub.

Onun namizədliyi BMT Baş Assambleyasında səsə qoyulmadan təsdiq edilib.

Volker Türkün namizədliyini daha əvvəl BMT-nin Baş katibi Antonio Quterreş tövsiyə etmişdi.

Əvvəllər bu vəzifəni Çili təmsilçisi Mişel Baçelet tuturdu.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Ali Komissarın səlahiyyət müddəti dörd ildir.

Mənbə: TASS

Share: