Blinovskaya ilə ərinin bank hesablarına həbs qoyuldu

Rusiyada məşhur bloqer Yelena Blinovskaya barəsində başladılan cinayət işi çərçivəsində onun və həyat yoldaşının bank hesablarına həbs qoyulub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Yelenanın 4, həyat yoldaşı Aleksey Blinovskinin isə 2 bank hesabına həbs qoyulub.

Sözügedən hesablardakı vəsaitlərin ümumi məbləği müxtəlif valyutalarda yüz milyonlarla rubl təşkil edir.

Qeyd edək ki, Yelena Blinovskaya təqribən 1 milyard rubl həcmində vergidən yayınmaqda, eləcə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin və ya əmlakın leqallaşdırılmasında ittiham olunur. O, aprelin 27-si icarəyə götürdüyü avtomobillə Rusiyanı tərk etməyə cəhd edərkən saxlanılıb. Onun üzərindən xarici ölkəyə səfər üçün 2 bilet aşkar olunub. Aprelin 28-i isə Moskva məhkəməsi tərəfindən Blinovskaya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Share: