Biz karbohidrogenlərdən tam imtina ediləcəyini görmürük

Rusiya 2050-ci ilə qədər dünyanın karbohidrogenlərdən imtina edəcəyini gözləmir.

“-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.

““Biz üfüqdə 2050-ci ilə qədər karbohidrogenlərdən tam imtina ediləcəyini görmürük, çünki bütün ölkələrin inkişaf hüququ var”, – nazir müavini bildirib.

Onun sözlərinə görə, bu da onunla əlaqədardır ki, Latın Amerikası, Afrika, Asiya və Avropanın bir hissəsinin digər insanların məqsəd və vəzifələrinin xeyrinə ucuz və əlçatan enerji mənbələrindən imtina etməyə məcbur edilə biləcəyini təsəvvür etmək çətindir.

Share: