Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək

Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək.

xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev “Mədəni İrs” Forumunun “Mədəni irs və müasir memarlıq-şəhərsalma prinsipləri” panelində çıxışı zamanı deyib.

“Bu tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşları istifadə olunacaq. Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır”, – Faiq Hacıyev deyib.

O, Füzulidə Zəfər yolunun kənarında yaşayış binalarının salındığını əlavə edib: “Belə ki, 846 mənzildən ibarət birinci yaşayış məhəlləsində yaxın aylar ərzində tikinti işlərinin yekunlaşması gözlənilir”.

Faiq Hacıyev “Böyük Qayıdış” planına uyğun olaraq 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda 1 şəhər 12 kəndin, Füzulidə 1 şəhər 10 kəndin, Xocavənd rayonunda isə Hadrut qəsəbəsi Tuğ kəndinin layihələndirilərək inşa ediləcəyini vurğulayıb.

Share: