“Bir xalanın sirri”filminin qala gecəsində aktrisalar dekolte və dərin yarıqları ilə diqqət mərkəzində..

Xəbər verdiyimiz kimi, dünən “Bir xalanın sirri” filminin qala gecəsi baş tutub.

Müstəqil.az xəbər verir ki, təqdimat mərasimində aktrisa Ülfət Bəşirli və Kubra Hüseynova geyimi ilə diqqət mərkəzində olub. Qala gecəsi üçün Ülfət Bəşirli açıq rəngli dərin dekolteli libas seçib. Kubra Hüseynova isə uzun və boz paltarının dərin yarığı sayəsində ayağını nümayiş etdirib.

Məlumat üçün bildirək ki, “Stalinin başı” nda rol alan Ülfət Bəşirli keçən il sözügedən filmin qala gecəsində də geyimi ilə medianın diqqət mərkəzində olmuşdu.

Share: