Bir az da böyüsün qızım – gedəcəm

Müstəqil.Az Cəlil Cavanşirin qızına yazdığı yeni şeiri təqdim edir:
Niyə bezdirirsiz nadan adamlar?
Mən sizə nə qədər dözüm?
– gedəcəm
Hələ deyiləsi nə qədər söz var
Bitəndə söhbətim, sözüm
– gedəcəm.
Kimə əl uzatdım, əlini çəkdi,
Təklənən adamın dərdi böyükdü,
Həyat dedikləri bir ağır yükdü,
Ölümün sirrini çözüm,
– gedəcəm.
Onsuzda yarımçıq qalıb arzular,
Çıxacaq sonuma sonsuz ağrılar
Tez getsəm, dünyada axı tək qalar
Bir az da böyüsün qızım,
– gedəcəm…

Share: