Binəqədidə 27 Sentyabr- “Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçirildi — Fotolar

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq 7-ci mikrorayon Dərnəgül parkı ərazisində ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin  kollektivi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Cəmiyyətinin, ictimai birliklərin üzvləri, ziyalılar  və rayon ictimaiyyəti iştirak edib.

7-ci  mikrorayon Dərnəgül parkı ərazisində 2020-ci ildə Vətən müharibəsində şəhid olmuş üç min şəhidin xatirəsinə salınmış parkda ictimaiyyət nümayəndələrinin iştirakı ilə 100 ədəd Eldar şamı və sərv ağacları əkilib, digər ağaclara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılıb.


Share: