Beynəlxalq reytinq cədvəlində ən yaxşı pillədə olan Azərbaycan universiteti hansıdır?

Təhsil Nazirliyi 2017-ci il üzrə illik təhsil hesabatını hazırlayıb. Hesabatda bir çox məsələlərlə yanaşı, həmçinin,  ali təhsil müəssisələrimizin  beynəlxalq reytinq cədvəllərindəki yerinə də toxunulub.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki,  Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində Azərbaycanın 6 ali təhsil müəssisəsi 300 ən yaxşı ali məktəb sırasında qərarlaşıb: (Bakı Dövlət Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).
Həmçinin, nəşr aktivliyinin son 3 ildəki artım dinamikasına görə Azərbaycan ilin yekunlarına əsasən, regionda birinci yerə çıxıb.
“Clarivate Analytics” (“Thomson Reuters”) şirkəti ilə 2015-ci ildən başlanan əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub. İmpakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb.
Nəşr aktivliyinin son 3 ildəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə publikasiya sayı üzrə ən yüksək göstərici (1118 elmi tədqiqat işi) qeydə alınıb, ilkin təhlillərə əsasən ölkə üzrə ümumi publikasiyaların təxminən 43 faizi məhz ali  təhsil müəssisələrinin payına düşüb.

Share: