Beynəlxalq Kənd Qadınları Günü Bərdədə qeyd olundu

 

Ötən həftə onların bayramı idi, zəhmətkeş, süfrələrimizə 1001 dad bəxş edən, əkən,biçən, tikən, toxuyan, bişirən, bir sözlə yorulmaq bilmədən çalışan kənd qadınlarının! Həm də1 deyil, 2 əlamətdar günü qeyd etdilər.

Çünki 15 oktyabr Beynəlxalq Kənd Qadınları Günü,16 oktyabr isə Dünya Ərzaq Günüdür. Bu münasibətlə Azərbaycan Kənd QadınlarıAssosiasiyası (AKQA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin PSA layihəsinin dəstəyi iləBərdə şəhərindəki Heydər Əliyev Məkəzində regional konfrans və sərgi-yarmarka keçirib. AKQA 23 rayon üzrə 50 Qadın İnkişaf və Müəssisə Qrupunda 600 üzvü birləşdirir.Konfransa Tovuz, Gədəbəy, Goranboy, Ağdam, Beyləqan, Masallı, Lənkəran, Bərdə vəTərtərdə fəaliyyət göstərən 19 Qrup, habelə rəsmi qurumların, beynəlxalq təşkilatların,ictimaiyyətin nümayəndələri qatılıb. “Azərbaycandakı bütün kənd qadınlarını təbrik edirik. Bugünkü tədbir sizinhaqqınızdır! Kənd qadınları Azərbaycanda kənd təsərrüfatı və bir çox başqa sahələrdəhərəkətverici qüvvədir. AKQA ilə tərəfdaşlıq etməkdən və onun kənd qadınlarının həyatlarınısahibkarlıq və liderlik vasitəsilə dəyişdirmək missiyasını dəstəkləməkdən qürur duyuruq”, -deyə USAID Özəl Sektorun İnkişafı Layihəsinin (PSA) rəhbəri Matt Weber bildirib. Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova qadınların aqrarsahədə rolunun artırılması zərurətini vurğulayıb. “AKQA kənd qadınlarının məşğulluğunun təmin edilməsinə, iqtisadi imkanlarınıngenişlənməsinə, onların maliyyə resurslarına, satış bazarlarına çıxışlarının sürətlənməsinəçalışır. Beləcə kənd qadınlarının səsi cəmiyyətdə daha gur duyulacaq. Hər uğurlu qadın öztəcrübəsini, uğur tarixçəsini paylaşaraq, bu prosesi regionlarda geniş təşviq etməlidir.Bayramlar isə bunu reallaşdırmaq üçün əla fürsətdir”, – deyə AKQA-nın sədri GülbənizQənbərova qeyd edib.Bayramları bayrama qatlanan əməkçi qadınlar bu çağırışa həvəslə səs verərək, uğur hekayələrini iştirakçılarla bölüşüblər və mükafatlarla təltif olunublar.

Share: