“Bayraq sözü 6 hərfdən ibarət olan söz deyildir,o, 6 hərfin altında bir dünya yatır..”-Gənc yazar Məryəm Əliyevanın fikirləri…

Bayraq günü münasibətilə gənc yazarlar öz facebook səhifələrində maraqlı fikirlər paylaşırlar.Müstəqil.Az  Məryəm Əliyevanın sosial şəbəkədəki fikirlərini və təbrikini olduğunu kimi yayımlayır…

BAYRAQ !.Çox sözlər demək olar-istər şablon şəkildə,istərsə də sətiraltı.

Və yaxud da hər kəsin bir baxış pəncərəsi var bu sözün dünyaya açılmasına…

Hər birimiz bayrağın yaranma tarixini,rənglərin simvolik anlamını çox gözəl bilirik,bilməliyik də.Düşündüm və bu rənglərin anlamına fərqli spektrdən yanaşmaq istədim,bir gəncin içində böyütdüyü bayraq sevgisinin təcəssümü kimi .

Rənglərin göy,qırmızı və yaşıl olması təsadüfi seçilməyib.Hər bir rəng dəfələrlə ölçülüb,biçilib.Bəlkə də o dövrün gizli intibahları bu rənglərin əslində hansı fikirləri ifadə olunmasına mane olmuşdur deyə içimdə bir tərəddüdlər olub həmişə.Bəlkə də əslində belədir və mən yalnız görmək istədiyim faktorları özüm üçün formalaşdırmaq istəmişəm.

Bəlkə də.

Bu baxımdan o fikirlərimi sizlərlə paylaşmaq istədim…Düşünməyin ki,bu fikirlər bayraq rənglərimizin anlamına qarşı çıxmaqdır.ƏSLA! Bu sadəcə Azərbaycan Demokratik Respublikasının gənc bir vətəndaşı kimi görmək istədiyim ucalığı dilə gətirməkdir .O baxımdan rəngləri belə simvolizə edərdim:
GÖY RƏNG —göy üzü mavidir, ya məhz ona bənzəyir .Ənginlikləri sonsuz,yaxınlaşmaq istədikcə uzaqlaşan ,əlçatmazlık deməkdir.
QIRMIZI RƏNG—qan rəngidir,üzərində milyonlarla şəhidlərin qanını daşıyır .

Qan bədəndə dayanmır,hər zaman dövr edir və bizləri yaşadan orqanizmin maye mühitidir.Neçə ki,bu qan bədənimizdə dolaşır,o qədər də biz yaşayacağıq!
YAŞIL RƏNG—yarpaq rəngidir,həmişəyaşıl yarpaq həm də.

Heç zaman solmayan,xəzana düçar olub torpağa düşərək çürüməyən yarpaq həm də…Ta ki,sapı özündən olan baltalar gövdəsini vurmayanədək!

Həm də nəfəsimizi genişləndirən,son nəfəsədək ehtiyacımız olan havanı,oksigeni bizlərə verən RƏNG!

AY—hər günəşin batışı bir qaranlığı gətirəndə bizləri işıqlı yollara aparan parıltıdır.

Heç zaman sönməyən həm də.
SƏKKİZGUŞƏLİ ULDUZ—əgər biz tarixən itirdiyimiz torpaqlarımızı itirməsəydik səkkiz dövlətlı qonşu olardıq.

Və əgər səkkiz rəqəmini yazarsaq sonsuzluk olduğunu görmüş olarıq.

Bir dövlətin sonsuz ömür sürəcəyi deməkdir bu isə!

Bəli,bütün bunlar bir gənc ürəyin əslində görmək istədiyi gizli həqiqətlərdir.Bayraq əslində 6 hərfdən ibarət olan söz deyildir ,bu 6 hərfin altında bir dünya yatır .
B—başıucalıq
A—and yeri
Y—yurd yeri
R—rəqabət
A—ar,namus
Q—QÜRUR ,MƏNLİK,QEYRƏT—deməkdir!

QÜRURUMUZUN HƏR ZAMAN ZİRVƏLƏRDƏ OLMASI DİLƏYİ İLƏ BAYRAQ GÜNÜMÜZ MÜBARƏK ,AZƏRBAYCAN!

 Hazırladı:Aysel Səfərli
Share: