Bayram ərəfəsində ondan çox insan xəstəxanalıq oldu…

Novruz bayramında istirahət günlərində (mart ayının 20-26-da) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 12 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib.

Müstəqil.Az bildirir ki,Bu barədə Publika.az-a şöbə müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlərin 7-si şöbəyə qəbul edilib, müvafiq yardım göstərildikdən sonra evə buraxılıb.

“Dəm qazı ilə zəhərlənmədə ölüm halı qeydə alınmayıb. Bayram günlərində 4 nəfər həkim təyinatı ilə qəbul edilən dərmandan zəhərlənmə, 6 nəfər isə dərmanın allergik reaksiyası ilə müraciət edib. Onların hər biri ilə söhbətdən məlum olub ki, zəhərlənmələrin heç birində məqsəd intihar olmayıb, sadəcə doza aşılıb. 6 nəfər isə bayram günləri sərxoş halda şöbəyə yerləşdirilib”.

A.Maqsudov onu da bildirib ki, bütün müraciətlərə yardım göstərilərək evə buraxılıb, yalnız 1 nəfər isə sirkədən zəhərlənmiş şəxsin hazırda klinikada müalicəsi davam etdirilir.

Share: