“Bayern” “Barselona”ya qalib gəldi — ÇL-də gecənin nəticələri

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start verilib. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

A qrupunda “Liverpul” doğma meydanda “Ayaks”ı qəbul edib və çətin qələbəyə sevinib. Bu qrupun digər oyunu – “Reyncers”lə “Napoli”nin görüşü bu günə təxirə salınıb.

B qrupunda “Portu” Portuqaliyada “Brügge”ni, “Bayer” Almaniyada Madrid “Atletiko”sunu sınağa çəkib. Portuqaliyada qonaqlar darmadağına seviniblərsə, Almaniyada meydan sahibləri inamlı qələbə qazanıblar.

Gecənin ən prinsipial və maraqla gözlənilən matçı C qrupunda olub. Qrup mərhələsinə qələbə ilə start verən “Bayern” Münhendə “Barselona”yla üz-üzə gəlib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. Qrupun digər oyununda Plzen “Viktoriya”sı Çexiyada “İnter”i qəbul edib. İtaliya klubu səfərdən inamlı qələbə ilə dönüb.

D qrupunda “Tottenhem”i Portuqaliyada “Sportinq”lə, “Ayntraxt” isə Fransada Marsel “Olimpik”i ilə qarşılaşıb. London klubu səfərdən xalsız dönüb. Fransa təmsilçisi də doğma meydanda xalsız qalıb.

2-ci turun digər matçları sentyabrın 14-də keçiriləcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 2-ci tur

13 sentyabr

A qrupu

Liverpul (İngiltərə) – Ayaks (Niderland) 2:1

Qol: Salah, 17. Matip, 89 – Kudus, 27.

Reyncers (Şotlandiya) – Napoli (İtaliya) matçı sabaha təxirə salınıb

Xal: Napoli – 3. Liverpul – 3. Ayaks – 3. Reyncers – 0.

B qrupu

Portu (Portuqaliya) – Brügge (Belçika) 0:4

Qol: Yutqla, 15-pen. Sovah, 47. Olsen, 52. Nusa, 89.

Bayer (Almaniya) – Atletiko (Madrid, İspaniya) 2:0

Qol: Andrix, 84. Diabi, 87.

Xal: Brügge – 6. Atletiko – 3. Bayer – 3. Portu – 0.

C qrupu

Viktoriya (Plzen, Çexiya) – İnter (İtaliya) 0:2

Qol: Dzeko, 20. Dumfris, 70.

Bayern (Almaniya) – Barselona (İspaniya) 2:0

Qol: L.Hernandes, 50. L.Sane, 54.

Xal: Bayern – 6. Barselona – 3. İnter – 3. Viktoriya – 0.

D qrupu

Sportinq (Portuqaliya) – Tottenhem (İngiltərə) 2:0

Qol: Paulinyo, 90. A.Qomes, 90+3.

Olimpik (Marsel, Fransa) – Ayntraxt (Frankurt, Almaniya) 0:1

Qol: Lindstrom, 43.

Xal: Sportinq – 6. Tottenhem – 3. Ayntraxt – 3. Olimpik – 0.


Share: