Bayden Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib

ABŞ prezidenti Co Bayden Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədiyini bildirib.

-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə Bayden Ukraynaya yardım üçün “daha ​​200 milyon dollar”ı təsdiq etdiyini bildirib.

Eyni zamanda o, bəyan edib ki, “ABŞ Konqresi Kiyevi dəstəkləmək üçün əlavə maliyyə ayrılması barədə razılığa gəlməlidir”.

Share: