Bayden Rusiyaya qarşı sanksiyaları gücləndirən yeni sərəncam imzalayıb

Prezident Co Bayden Maliyyə Nazirliyinə Rusiyanın müdafiə sənayesini gücləndirmək səylərini asanlaşdıran maliyyə institutlarını hədəf almaq səlahiyyəti verən sərəncam imzalayıb.

xəbər verir ki bu barədə Ağ Evin saytında məlumat verilib.

Maliyyə naziri Janet Yellen deyib ki, ABŞ maliyyə institutlarının bilərəkdən və ya bilməyərəkdən Rusiyanın sanksiyalardan yayınmasına yardımçı olmamaq üçün addımlar atacağını gözləyir. “Və biz Rusiyanın müharibə maşınına yardım edən maliyyə institutlarına qarşı qəti tədbirlər görmək üçün bu mexanizmin təqdim etdiyi yeni vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik”.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, bu sərəncam Rusiyanın döyüş maşınının və onun aktivləşdiricilərinin vintlərini sıxmağa davam edəcək: “Bu yeni sanksiya xarici maliyyə qurumlarına göstərəcək ki, Rusiyanın hərbi sənaye bazası ilə bağlı əhəmiyyətli əməliyyatların aparılması onları sanksiya riski ilə üz-üzə qoyacaq. Biz aydın bir mesaj göndəririk: Rusiyanın qanunsuz müharibə səylərini dəstəkləyən hər kəs ABŞ-ın maliyyə sisteminə çıxışını itirmək riski altındadır.”

***

15:19

Prezident Co Bayden ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını gücləndirən yeni sərəncam imzalamaq niyyətindədir.

xəbər verir ki, bu barədə Ağ Evin yüksək səviyyəli rəsmisi bildirib.

Ağ Ev rəsmisi deyib ki, ABŞ müharibə başlayandan bəri öz mövqeyində qəti olub və bildirib ki, Rusiyanın hərbi sənaye bazasını maddi cəhətdən dəstəkləyənlər bu ölkənin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmasında iştirak edir.

“Sabah Prezident Bayden və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın göstərişi ilə atacağımız addım Rusiyanın hərbi sənaye bazasını genişləndirmək səylərini pozmaq üçün atdığımız addımları daha da gücləndirməyə xidmət edir. Sabah Prezident Bayden ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını gücləndirən yeni sərəncam imzalamaq niyyətindədir ki, burada da əsas hədəf Rusiyanın müharibəsinin maliyyə vasitəçiləri/ dəstəkçiləri olacaq.

Bu, Rusiyanın müdafiə sənayesi bazasına maddi dəstəyin qarşısını almaq və hərbi potensialını artırmaq səylərinə mane olmaq üçün mühüm addımdır”, – o deyib.

Share: