“Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə by faciədir”

Dünən gecə Rusiya-Azərbaycan sərhədində baş verən hadisələr olduqca üzücü və utancvericidir. 

Müstəqil.Az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə öz feysbuk profilində yazıb. O, səlahiyyətli qurumlara səslənərək Azərbaycan Respublikasının vətəndaşlarına sahib çıxmağı tələb edib:

“Aylardır xeyli sayda həmvətənimiz evinə, ailəsinə gələ bilmir. Ayrı-ayrı iş adamlarının, xeyirxah insanların köməyilə çadırda, məsciddə və ya açıq havada qalırlar.

Operativ qərargahın ən ümdə vəzifəsindən biri də ölkə xaricində qalmış insanlarımızı Vətənə qaytarmaqdır.

Səlahiyyətli dövlət qurumlarına səslənirəm:

Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın.

Dövlətə vətəndaşına verilən qiymətə görə hörmət edərlər.

Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə by faciədir. Həm də vətəndaşın yox, dövlətin faciəsidir. Hər kəs məsuliyyətini dərk etməli, dərhal həmin insanlar ölkəmizə qaytarılmalıdır.”

Müstəqil.Az

 

Share: