Basketbolçu Zek Apşounun oyun zamanı ürəyi dayandı…

Amerikanın “G” liqasında mübarizə aparan “Qrand-Rapids” komandasının basketbolçusu Zek Apşou martın 26-da vəfat edib.

Müstəqil.az xəbər verir ki, bu barədə Milli Basketbol Assosiasiyasının (NBA) saytı məlumat yayıb.

Qeyd edək ki, martın 24-də, “Qrand-Rapids”in “Detroyt Pistons”la matçı zamanı onun ürəyi dayanmışdı. “Klinikada tibb heyətinin səylərinə baxmayaraq Zek 11:16-da bizi tərk etdi”, – deyə açıqlama bildirilir.

Açıqlamada qeyd edilib ki, onula vida mərasiminin təfərrüatı barədə sonra məlumat veriləcək.

Share: