
“Vıborqski” gəmiqayırma zavodu iritonnajlı “Barens dənizi” balıqçı gəmisinin inşa edilməsini əks etdirən videogörüntüləri paylaşıb.
Müstəqil.Az xəbər verir ki, bu tip gəmilər adıçəkilən zavodda 2017-ci ildən inşa edilir. “Barens dənizi” gəmisi isə son 30 ildə Rusiyaya məxsus gəmiqayırma zavodunda inşa edilmiş ən iritonnajlı balıqçı gəmisi hesab edilir.
“Barens dənizi” balıqçı gəmisinin uzunluğu 86, eni isə 17 metrdir. Maksimal sürət həddi 15 uzel olan gəminin dedveyti 2840 tondur. Gəmi avtonom rejimdə 30 sutka hərəkət edə bilir
Müstəqil.Az
mənbə:“Seanews.az”