Bank kartları üzərindəki rəqəmlərin sirləri – BUNU BİLMİRDİNİZ

Yəqin ki, bir çox insan sahib olduğu bank kartlarının üzərindəki rəqəmlərin sayına fikir vermir və ya həmin rəqəmlərin hansı məna daşıdığı heç ağıllarına belə gəlmir.
Bakupost.az bu maraqlı mövzunu sizin üçün araşdırıb. Ekspert Elnur Quliyev deyir ki, bank kartları üzərindəki rəqəmlərin mənasını heç bank işçilərinin də əksəriyyəti bilmir: “Bu məlumatlar içərisində ən çox sual doğuranı kartın üzərindəki 16 rəqəmin mənasıdır. Bir qayda olaraq, geniş yayılmış ödəniş sistemlərinin kartları 16 rəqəmdən ibarət olsa da, 13 və 19 rəqəmli kartlara da rast gəlmək olar. Görünüşcə sadə olan plastik kartların üzərindəki nömrələr universal düşünülmüş və mürəkkəb alqoritmə malikdir”.
Ekspert BakuPost.az-ın oxucuları üçün mövzunu daha sadə dildə izah edib:
Tutaq ki, 16 rəqəmli bank kartınızın nömrəsi 1234 5678 9012 3456-dir.
Kart nömrəsinin ilk rəqəmi:
1234 5678 9012 3456
Yəni 1, kartın aid olduğu sektoru bildirir. İlk rəqəmin ifadə etdiyi mənalar:
1-2 hava yolları kartları üçün,
3 səyahət və əyləncə sektoru kartları üçün,
4 və 5 banklar və maliyyə təşkilatları üçün,
6 ticarət kartları və banklar üçün,
7 neft sektoru üçün,
8 telekommunikasiya sektoru üçün,
9 milli təyinatlar üçün,
Kart nömrəsinin ilk 6 rəqəmi:
1234 5678 9012 3456
İlk altı rəqəm kartı verən şirkəti müəyyən edir. Məsələn:
4xxx xx: Visa kartlar,
51xx xx – 55xx xx: Mastercard kartlar,
6011xx, 644x xx, 65xx xx: Discover kartlar,
34xx xx, 37xx xx: Amerikan Express kartlar,
x hərfləri ilə göstərilən nömrələr müxtəlif şirkətlərin kartında fərqli olur.
Kartın yeddincidən etibarən sonrakı doqquz rəqəmi:
1234 5678 9012 3456
9 rəqəm müştərini təyin edir və bu doqquz rəqəm ilə 1 trilyon fərqli alqoritm mövcuddur.
Kartın son rəqəmi:
1234 5678 9012 3456
Son rəqəm düzəliş və ya nəzarət rəqəmidir. Bu, kart nömrəsinin təsdiqlənməsi üçün verilən bir rəqəmdir. Bu yazı Luhn Alqoritminə görə verilir.
Luhn Alqoritmi – ABŞ alimi Hans Peter Luhn tərəfindən kartların IMEI nömrələrinin doğruluğunu yoxlamaq üçün yaradılıb.
Xatıladaq ki, dünyada ilk bank kartı 1951-ci ildə Nyu-Yorkda yerləşən Long Island Bank tərəfindən buraxılıb. 1959-cu ildən isə kağız kartlar plastik kartlarla əvəz edilməyə başlanılıb.
Share: