Bakıda yolu keçən qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1966-cı il təvəllüdlü Kərimova Alla Nazim qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya catdırılıb. Müayinə zamanı ona büzdüm sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Share: