Bakıda restoranda yanğın

Bakıda restoranda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, Səbail rayonunda ikimərtəbəli restoranın birinci mərtəbəsində tavan və bitişik dəmir konstruksiyadan ibarət otağın içərisində 2 ədəd kondisioner yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müstəqil.Az

Share: