Bakıda Milli Kitab Sərgisi keçiriləcək

Bakıda yenidən Milli Kitab Sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Qanun nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu feysbukda məlumat paylaşıb.

Onun sözlərinə görə, budəfəki sərgi İçərişəhərdə keçiriləcək:

“Azərbaycan kitabının siması, sərgilər sərgisi – Milli Kitab Sərgisi yenidən görüşünüzə gəlir. Budəfəki sərgi gözümüzün işığı, Bakının yaraşığı, şəhərlər şəhəri İçərişəhərdə keçiriləcək. Tarixlə müasirliyin qovuşduğu məkan Qoşa Qala qapısını kitabın üzünə açır. Yolunuz açıq olsun, Milli Kitab Sərgisi yolunuzu gözləyir”.

Share: