“Anadolu Qartalı – 2023”ün açılış mərasimi keçirilib — Video

Aprelin 27-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı – 2023″ beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən (MN) “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə iştirakçılara təlimin məqsədi və keçiriləcəyi ərazi barədə brifinqlər təqdim olunub.

Sonra təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı iştirakçılara xəritə üzərində məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.


Share: