Bakıda kişi hoteldə öldü

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “İstanbul” hotelində baş verib. Qadın tanışı ilə hotelə gələn Göyçay rayon sakini, 1983-ci il təvəllüdlü İ.Məmmədov gecə saat 03 radələrində qəfil ölüb. Onun infarkt səbəbindən vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza


Share: