Bakıda hərəkətdə olan BMW qəflətən alovlandı – FOTO/VİDEO

Yasamal rayonunda taksi fəaliyyəti göstərən avtomobil yanıb.

Oxu.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, A.Salamzadə küçəsilə hərəkətdə olan BMW markalı minik avtomobili anidən alışıb.

Dərhal əraziyə FHN-in Yasamal Rayonu üzrə Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın söndürülüb.

Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları Ziya Bünyadov prospektində başqa hadisənin baş verməməsi üçün hərəkəti dayandırıb.

Hadisənin dəqiq hansı səbəbdən olması araşdırılır.

Share: