Bakıda ev şəraitində masaj adıyla intim xidmət təklif olunur – FOTO

Bakıda ev şəraitində masaj adıyla intim xidmət təklif olunur. Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, bu cür elanlar internet saytlarında yerləşdilib.Elanda ev şəraitində masaj təqdim edən xanım əlaqə nömrəsini də yazıb.
Xanımın dediyinə görə öz evində müştəriləri rahat və təmiz şəraitdə bədən masajına dəvət edir. Qırx manata təklif olunan masaj xidmətinə rahatlaşdırıcı, klassik və müştərini çimizdirmək daxildir. Masajda sonra isti çay, kofe və duş xidməti pulsuzdur. Sifarişləri çox olan xanım müştərilərə müraciət edərək bildirir ki, gəlməzdən öncə zəng vurub vaxtı təyin edin.
Məsələnin izinə düşən əməkdaşımız özünü müştəri kimi təqdim edərək elanda göstərilən nömrəylə əlaqə saxlayıb. Dəstəyə cavab verən xanım-masajist elanda qeyd olunanların doğru olduğunu, təhlükəsizliyə yüz faiz zəmanət verdiyini bildirib. Əməkdaşımızın “İntim görüş olacaqmı?” sualına isə xanım bu cür cavab verib: “Onu gələrsiniz burada danışarıq, telefon söhbəti deyil”.  Buradan da aydın olur ki, əslində təklif olunan masaj yox, intim xidmətdir.
Moderator.az sayta yerləşdirilən elanı təqdim edir.
Share: