Bakıda çay evində yanğın olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 70 kvadratmetr olan çay evinin mətbəxinin yanar konstruksiyaları beş kvadratmetr sahədə, dəhlizə quraşdırılan bir ədəd elektrik açarı, sanitar qovşağının və şaxtasının plastikdən ibarət qapısı yanıb. Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı bir kvadratmetr sahədə əriyib.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: