1 ay əvvəl evlənmişdi, özünü asdı

İmişlidə intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1991-ci il təvəllüdlü Əlişir Alıyev özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

Ə. Alıyevin 1 ay əvvəl ailə qurduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Share: