Bakıda 9-cu mərtəbədən yıxılan gəncin son durumu AÇIQLANDI

Bakıda 9-cu mərtəbədən yıxılan gənc oğlanın son durumu açıqlanıb.

Pravda.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə oktyabrın 30-u saat 17 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü M.Fərəcov yaşadığı 10 nömrəli binanın 9-cu mərtəbəsində olan mənzilin yataq otağının pəncərəsindən yerə yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin müayinə nəticəsində M.Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib.

M.Fərəcov komadadır, danışa bilmir.

Hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Share: