Adelin konsertinin bileti bahalığına görə tarixə düşdü

Məşhur ulduz Adelin 5 ildən sonra verəcəyi konserti pərəstişkarları səbirsizliklə gözləyir.

Kulis.az xəbər verir ki, ifaçının Las-Veqasda noyabrdan marta qədər keçirilməsi planlaşdırılan şousuna biletlər 85-685 dollar arasındadır. Bununla belə, dilerlər azarkeşlərdən daha fəal olublar. Onlar biletlərin hamısını alıblar. İndi isə onlar biletləri yeni və istədikləri qiymətə satmağa hazırlaşırlar.

Onlar biletlərə 40 min dollar qiymət qoyublar. Ən yaxşı və məhdud sayda olan yerlər isə 44800 dollardır. Amerikanın məşhur piar şirkəti mediaya açıqlamasında bildirib ki, bu, yeni rekortdur. Las-Veqas tarixində hələ bu qiymətə bileti satılan müğənni olmayıb.

Son sıralar isə daha əlçatandır. Orada biletlərin qiyməti 685 dollara təklif edilib.

Share: